Haqqımızda

Etibarlı maliyyə tərəfdaşınız!

FSC şirkəti olaraq əsas fəaliyyət istiqamətimiz audit xidmətlərinin göstərilməsidir. Azərbaycan Respublikasının Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən FSC, müstəqil və peşəkar yanaşması ilə müştərilərinə şəffaf və etibarlı audit xidmətləri təqdim edir. Bununla yanaşı, layihələrin idarəedilməsi, outstaff, maliyyə və mühasibat uçotunun aparılması və insan resurslarının idarə olunması istiqamətində məsləhət xidmətləri təklif edirik. Fəaliyyətimizə olan peşəkar yanaşmamız, yüksək etik standartlara sadiqliyimiz və müştəri məmnuniyyətini əsas tutmağımız bizi bazarda fərqləndirən əsas xüsusiyyətlərimizdəndir.

Bizimlə əlaqə qurmaq istəyirsiniz?

Dəstəyə ehtiyac duyduğunuz halda komandamız sizinlə operativ şəkildə əlaqə yaradacaq. Sorğunuzu göndərin, prosesi birlikdə həll edək.